Qızlarla tanışlıq təklif edilir: 15 manata... - Foto
Azərbaycanda sosial şəbəkələrdə qızlar tanışlıq məqsədilə “təklif edilir”.
“TikTok”da tanışlıq səhifəsi kimi fəaliyyət göstərən bir hesabda gənc qızların fotoları, yaşları, yaşadıqları ərazi və bürcləri açıq şəkildə paylaşılır. Səhifədə hər hansı biri ilə tanışlıq qurmağın qiyməti isə 15 manat göstərilir.
Bu hal digər sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb.
Qeyd edək ki, qızların şəkillərinin və şəxsi məlumatlarının onların razılığı ilə paylaşılıb-paylaşılmadığı isə hələ ki, məlum deyil. / Metbuat.az