Qız uşaqlarını pul qarşılığında ərə verirlər - Nura
“15 yaşlı qız itib, polis axtarmayıb. Qohumu, gənc qız (yaşıdı) efirə çıxıb onun narkotik alveri ilə məşğul olan insanlar tərəfindən oğurlandığını deyir. Polisə məlumat verdiklərini və sonra qızın tamamilə yerli-dibli itdiyini iddia edir. Ya polis əlbirdir, ya da veclərinə deyil”.
Bu sözləri müğənni Nura Suri feyzbuk hesabında paylaşıb. O, Türkiyədə, eləcə də dünyada baş verən dəhşətli hadisələrdən şok keçirdiyini yazıb:
“Show TV-də “Vazgeçme” proqramına 3 gün baxdıqdan sonra seriallar haqqında dediklərimə peşman oldum. Seriallardakı hadisələr daha normal imiş. Türkiyədə qız uşaqlarını pul qarşılığıbda ərə verirlər (satırlar). Şəkildəki uşağı ərə veriblər, sonra da öldürüblər.