Qərar verildi: Məşhur veriliş birdəfəlik bağlanır

19 Aprel 2024
6622660d325f1202404243941
530

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.

Bu barədə Pravda.az-ın sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib.

"Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayının ortalarından "Təsir dairəsi" verilişinin efir vaxtının yarım saat azaldılmasını planlaşdırırıq. Növbəti televiziya ilindən isə, güman ki, sözügedən verilişin əvəzinə daha sanballı, insanların problemlərini daha çox həll etməyə qadir, milli mentalitetimizə, milli dəyərlərimizə daha uyğun layihələrlə efirə gəlməyi planlaşdırırıq", — açıqlamada qeyd olunub.

Qeyd edək ki, verilişin aparıcısı Lalə Azərtaşdır.