Qazancı az olan kişi də sevmişəm - Daha sevmək istəmirəm / Nəfəs - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin ilk qonağı müğənni Nəfəs olub.
Müğənni sevəcəyi kişidə nələri görmək istədiyini sıralayıb:
"Çox diqqətcil olmalıdır. Hətta, yeməyimə qədər maraqlanmalıdır. Əsl sevgi, istək axtarırsansa budur. Sevgi yox imkan axtarıramsa, o zaman o kişi hansı maşını, və ya hansı evi istədiyimi soruşsun. Amma mən qarşımdakı kiçidən çox şey istəmirəm. Həyatımda olsun, mənə sahib çıxsın, kiməsə möhtac olmağıma icazə verməsin, məni yaşasın. Pulsuz kişi yoxdur, heç kim acından ölmür. Mən qazancı az olan kişi də sevmişəm. Amma o sözünün üstündə durmadığı üçün bəlkə də mən bu gün sevgisizlikdən əziyyət çəkirəm. Xəyallar qurusan və hər şeyi unudursan. Döngəli yoldan keçəndə qulaqların batır, heç kimi duymursan, sadəcə cingilti eşidirsən. Bax elə bir şey kimi ancaq onu eşidirdim. O qədər dəli kimi sevirdim ki, o insana görə sənəti də atardım. Amma artıq sevmək istəmirəm. Mən bu vəziyyətdən sonra evlənməyi düşünmürəm, çünki 2 övladım var". /Milli.az