Qarabağda döyüşən generallar indi haradadır?
General-mayor Hikmət Həsənov 2020-ci il oktyabrın 3-də Ağdərə istiqamətində yerləşən Suqovuşanın işğaldan azad edilməsinə başçılıq edib. Hikmət Həsənov hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasında çalışır.
General-leytenant Nizam Osmanov da səngər generalıdır. O, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyi üçün "Azərbaycan Bayrağı" ordeni, "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" medalı, "İgidliyə görə" medalı və "Qarabağ" ordeni ilə təltif olunub. General Osmanov 2023-cü ilin iyulunda ehtiyata buraxılıb.
Birinci və İkinci Qarabağ Müharibəsinin iştirakçısı olan generallardan biri də Ənvər Əfəndiyevdir. Əfəndiyev qüsursuz hərbi xidmətə görə müxtəlif dövrlərdə 20-yə yaxın orden və medalla təltif olunub. O, 12 yanvar 2024-cü ildə ehtiyata buraxılıb.