"Qadınlığımla qürur duyuram" - Müğənni Lətifə
"Özümlə, qadınlığımla, insanlığımla qürur duyuram. Çox şükür, Allaha. Heç kimin haqqına girməyin".
Bu sözləri müğənni Lətifə Soyuöz ünvanına tənqid yazanlara cavab verərkən deyib.
"Yaşadığımız hər gün, hər şey, ürəyimizin təmizliyi üçün şükürlər olsun. Kiminsə həyatı sizi maraqlandırmasın. Hər kəs öz həyatını yaşasın və qədrini bilsin. Dürüst olun. İlk əvvəl özünüzə dürüst olun, ətrafa olmasanız da olar" deyə, Lətifə əlavə edib. / Axsam.az