Qadınların tanışlıq saytlarında etdiyi 5 səhv

Bəzi qadınlar gələcək ərlərini saytlarda tapır. Lakin bir sıra qadınlar isə xoşagəlməz kişilərlə rastlaşdıqlarından şikayətlənirlər. Fakt budur ki, bu cür ünsiyyətin özünə məxsus xüsusi qaydaları var. 

Tələbləri şişirtmək 

Bəzən bizə elə gəlir ki, qarşı cinsdən çox şeylər tələb etmək düzgündür. Çünki bu, bizə yararsız namizədləri ayırmağa imkan verir. Ancaq hətta layiqli kişilər də bir qadının həddindən artıq tələblərindən qorxa bilər. Nəticədə görünüşdə bəyəndikləri qadının arxasınca getmək əvəzinə, yanından keçib axtarışlarına davam edəcəklər.

Uzunmüddətli onlayn ünsiyyət

Bizə elə gəlir ki, bu, insanı daha yaxından tanımağa imkan verəcək. Lakin bu, səhvdir. Telefon danışıqları və yazışmaları şəxsi ünsiyyətlə müqayisə etmək olmaz. Buna görə də mütəxəssislər vaxtınızı itirməmək üçün uzun yazışmalar etməyi məsləhət görmürlər.

Münasibətə kişidən əvvəl başlayırıq

Bəzi qadınlar, hətta ilk görüşdən əvvəl, artıq münasibətdə olduqları kimi davranmağa başlayırlar. Bu böyük səhvdir. Ona görə də hadisələrin təbii şəkildə inkişafına imkan verməyə dəyər. Siz mövcud olmayan əlaqələri təsəvvür etməməlisiniz. Bu vəziyyətdə xəyal qırıqlığından xilas olacaqsınız.

Qadınların kişilərə yazması

Bir çox qadın bu tövsiyədən qəzəblənəcək, çünki müasir dünyada kişi və qadın davranışları arasındakı sərhədlər dəyişir. Bəziləri qızlara öz bəyəndikləri namizədlərə yazmağı öyrədirlər. Bu səhvdir. Bəli, bəlkə də kişi sizə cavab verəcək və hətta görüşməyə razılaşacaq, amma bu münasibətdə dəyərli bir şey olmayacaq.

Mütəxəssislər deyirlər ki, kişilər heç bir mübarizə aparmadan əldə etdiklərinə çox dəyər verməyəcəklər.

Uyğun olmayan fotolardan istifadə

Tanışlıq saytlarında fotoşəkillərdən istifadə etməyin məqsədi xarici görünüşünüz və bədən tipiniz haqqında mümkün olan ən dəqiq təəssürat yaratmaqdır. Odur ki, beş il əvvəlki şəkilləri və ya peşəkar fotoqrafların işlərini yerləşdirməməlisiniz. Bu vəziyyətdə ilk görüşdə məyusluq qaçılmaz olacaq. / lent.az