Qadının Nihat Hatipoğluna verdiyi sual gündəm oldu - VİDEO
Türkiyədə gənc qızın məşhur ilahiyyatçı Nihat Hatipoğluna verdiyi sual gündəm olub.
İlahiyyatçı sualı eşidəndən sonra duruxub.
Hatipoğlu gənc qızın "Sevib sevilməməyin günahını nədir" sualını belə cavablandırıb: "Pis niyyətlə başlayıbsa, ümid veribsə, günahdır. Amma niyyəti yaxşı olubsa, xarakter fərqlərinə görə "hər kəs öz yolunda davam etsin" deyirsə, problem yoxdur. İstismar etmək niyyəti isə günahdır. Elə isə çalış uzaqlaş, düzdür, "qarpız deyil, içini görə bilmirəm" deyəcəksən. Məncə, ilk görüşdə belə bir neçə sualla insanın xarakterini anlamaqda çətinlik çəkməzsiniz”. / Ölkə.az