Putinə hanımın önündə bu sözü deyən generalın dəhşətli sonu: Bədəlini həyatı ilə ödədi - Foto

22 Dekabr 2025
6948cfcc6a6b5202512255748
1785
General-polkovnik "Kupyansk məruzəsi"nin bədəlini həyatı ilə ödədi

20 noyabr tarixində Putin hərbi forma geyinərək "Qərb" hərbi qruplaşmasının komanda-qərargah məntəqələrindən birində toplantı keçirdi. Toplantıda Rusiyanın "Cənub" və "Qərb" hərbi qruplaşmalarının komandirləri döyüş meydanında mövcud durum barədə Putinə ardıcıl şəkildə məruzə edirdilər. Məruzələrdən biri isə xüsusilə "parlaq" və yaddaqalan oldu:
"Kupyansk TAMAMİLƏ Rusiya Silahlı Qüvvələrinin nəzarətindədir", - deyə general bildirmişdi.

Sonra baş verənləri isə hamımız xatırlayırıq. Zelenski şəxsən Kupyanska yollandı və Putin başda olmaqla Rusiya SQ-nin bütün komandanlığını son dərəcə gülməli vəziyyətə saldı. Bu addım Zelenskinin həm cari danışıqlarda mövqelərini gücləndirdi, həm Putini ciddi nüfuz itkisinə məruz qoydu, həm də USQ-nin ən çətin istiqamətlərdən birində uğurlu əks-hücum əməliyyatları aparmaq iqtidarında olduğunu nümayiş etdirdi.

İndi isə ən maraqlı məqama keçək. Xronologiyaya diqqət edin:

9 dekabr tarixində Putinə Kupyanskın Rusiya SQ-nin nəzarətində olduğu barədə məruzə edən general-polkovnik Sergey Kuzovlyev təltif olunur.

12 dekabrda Zelenski Kupyanska səfər edir.

Zelenskinin səfərindən bir neçə gün sonra isə məlumat yayılır ki, general Kuzovlyevin cəsədi tapılıb.

İki gün əvvəl Zelenski şəxsən özü bildirir ki, "çox güman, bu general artıq sağ deyil".

Dövlət başçıları belə bəyanatları, adətən, kəşfiyyat qurumlarının dəqiq məlumatı olmadan səsləndirmirlər.

Bu hadisə, Rusiya hərbi-siyasi elitasında hökm sürən kritik gərginlikdən xəbər verir.
Müəllif Kamran Cəfərov