Pulumu yığıram ki, özümə təyyarə alım - Rüfət Nasosnu

Məşhur meyxanaçı Rüfət Nasosnu təyyarə almaq üçün pul yığdığını bildirib.

O bu barədə qatıldığı teleproqramlardan birində açıqlama verib.

“Mən “Online” qaydada bütün dünyanı gəzmişəm. Bədbəxtliyim odur ki, təyyarədən qorxuram. Ona görə də pulumu yığıram ki, özümə təyyarə alım”,- deyib.

Müğənnni şəxsi təyyarəsində uçmaqdan qorxub – qorxmayacağını açıqlamayıb.

Qeyd edək ki, ən ucuz özəl təyyarənin qiyməti 1,5 milyon dollardan başlayır. /  lent.az