Pulsuz kişini anası sevmir, qazanmırsa evlənməsin - Sevincdən qalmaqallı sözlər

18 Fevral 2025
6790e4e484e8e202501253028
897

"Xəbərin var?" verilişində gərgin mübahisə yaşanıb.

"Əsl sevgi nədir?" mövzusu ətrafında müzakirə qalmaqala səbəb olub.

Müğənni Sevinc Ağaşirinova bildirib ki, pul qazanmayan kişi sevməməli və evlənməməlidir:

"Pulsuz kişini anası sevmir. Qazanmırsa, sevməsin, evlənməsin!".

Rəqqasə Fatimə Fətəliyeva düzəliş etməyə çalışsa da, mövzunu dəyişdirməyə çalışsa da Ağaşirinova fikrindən dönməyib".