Pullu sevgili arzulayan aparıcı görün bu dəfə nə istəyir

22 May 2024
664fad794555d202405245625
2070

Aparıcı Zümrüd Bədəlova biznes qurmaq istədiyini bildirib.

Sənətçi bu barədə “Xəbər-ətər” proqramında danışıb.

“Çox böyük arzum var. Öz biznesim olsun. Keks mağazası açmaq istəyirəm. Bu barədə çox böyük planım var. Əslində, reklamı üstündədir (gülür). Özümə şərik axtarıram, tapandan sonra həyata keçirəcəyəm. Ticarətdən gözəl nə var ki?! O qədər zarafatcıl insanlarıq ki, hər şeyi yozuruq. Mən o zarafatın içində özümə bir ciddi yol tapdım”.

Qeyd edək ki, bir müddət öncə müğənni Elvin Babazadə “Gül kimi şou” proqramında Zümrüd Bədəlovanın yaxşı keks bişirdiyinə işarə verərək, “Siz Zümrüdün keksindən yemisiniz?” sözlərini demiş, onun bu ifadəsi sosial mediada viral olmuşdu. / olay.az

***

Aparıcı Zümrüd Bədəlova ona avtomonil hədiyyə edən sevgilisinin olmağını istədiyini deyib.

O, bu barədə “Könüllü danış” yutub layihəsində bəhs edib.

“İlk avtomobilimi də, növbətini də, kreditlə almışam. İki avtomobilim olub, ikisini də özüm almışam. Amma çox istəyərdim, mənə də avtomobil hədiyyə edən bir sevgilim olsun. O məfhum mənim də həyatıma gəlsin. İki ildir maşınımı dəyişmək istəyirəm, dəyişə bilmirəm. Mən də istəyərəm ki, mənə də avtomobil hədiyyə etsinlər. Məsələn, bu gün bağ arzulayıram. Mən də istəyirəm, mənə bağ hədiyyə etsinlər”, - deyə, Bədəlova söyləyib. / Publika.az