Özündən 19 yaş böyük kişiyə ərə getmək istəyən qız danışdı - Video

16 Dekabr 2025
69417f3941529202512254809
478

Tovuz rayonunun Öysüzlü kəndində ərə verilən və müvafiq qurumlar tərəfindən mərasimin qarşısı alınan qız danışıb.

N.Əsgərova açıqlamasında toy mərasiminin keçirilmədiyini deyib:

"Sadəcə "Hə" mərasimi keçirilirdi. Toy və ya nişan olmayıb. Ailə quracağım bəylə dağda tanış olmuşdum. Anası-atası da bilirdi. "Hə" almağa gəlmişdilər, o da baş tutmadı".

N.Əsgərova oğlan evi tərəfdən cəmi beş-altı nəfərin gəldiyini deyib: "Qeyd elədiyim kimi, "hə" almağa gəlmişdilər, mərasim də bu münasibətlə keçirilirdi. Yaşım 18-ə çatanadək məni gözləyəcəkdilər. Yaşım tamam olduqdan sonra toyumuz olacaqdı".

N.Əsgərova həmçinin bildirib ki, təhsil almaq arzusu olub, amma imkansızlıqdan təhsilinə davam edə bilməyib:

"Mahir Ələkbərov adına Öysüzlü kənd tam orta məktəbində oxuyurdum. Altıncı sinifdən çıxmışam. Səbəb imkansızlıq oldu. Təzədən yenə məktəbə müraciət etdim, qəbul eləmədilər, dedilər, bu məktəbdə yer yoxdur". / Teleqraf.az

***


Tovuz Rayon Polis Şöbəsinə rayonun Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar. Onlarla profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib. Məlumata görə, oğlanla qız arasında 19 yaş fərqi olub. Qız 2011-ci il təvəllüdlüdür. Bəy isə 1992-ci il təvəllüdlü Firdovsi Abbasovdur. Məhkəmənin qərarı ilə oğlanın atası 1 ay müddətinə inzibati qaydada həbs edilib