Orada nə qədər qız varsa, hamısını gətir: Biabırçılıq üzə çıxdı - Foto

Narkotiklərlə bağlı aparılan araşdırma çərçivəsində şübhəli şəxs qismində istintaqa cəlb edilən “Fənərbaxça” futbol klubunun prezidenti Sadettin Saran yenidən müzakirə mövzusuna çevrilib.

Türkiyənin nüfuzlu “Hürriyet” qəzeti klub prezidenti ilə Habertürk TV-nin aparıcısı Ela Rümeysa Cebecinin WhatsApp yazışmalarını yayıb.

Məlum olub ki, S. Saran televiziya aparıcısının ad günündə onu evinə dəvət edib, sonra isə gələrkən özü ilə narkotik gətirməyi tələb edib. Ela Rümeysa Cebecinin cavabı belə olub: “Mən narkobaronam? Onu sən əkirdin axı… Bir-iki budağını qır, gətir”.

“Hürriyet” qəzetinin yazdığına görə, xanım aparıcı iş adamından arxasınca maşın göndərməyi xahiş edib: “Öz maşınımla gəlmək istəmirəm. O məhsulu dadandan sonra dağılıram, sükan arxasına keçə bilmirəm”.

Sadettin Saran isə Ela Rümeysa Cebecidən tək gəlməməyi tələb edib: “Orada nə qədər qız varsa, hamısını gətir. Narahat olma, hamınıza bəs edərəm”. / Metbuat.az

Şəkillər