Ölüm xəbəri yayılan Tünzalə Sultanova barədə şok iddia: Özü pul verib ki... - Foto

25 Dekabr 2025
6946a8af6071c202512254623
310
"Ömrü Sultanı-777" saytlara səhifələr pul verərək gündəmdə qalmağ üçün özünün ölüm xəbərin yaydırıb

Son günlər bir sıra xəbər saytlarında və sosial şəbəkə platformalarında “bloger Ömrü Sultani dünyasını dəyişdi” başlıqlı məlumatlar yayılıb. Araşdırma zamanı məlum olub ki, bu xəbərlər həqiqəti əks etdirmir və tamamilə yalandır.

"Azərbaycan Reallığı" xəbər verir ki, Məsələnin ən diqqətçəkən tərəfi isə odur ki, yayılan saxta ölüm xəbərlərinin arxasında məhz həmin blogerin özü dayanır. İddialara görə, gündəmdə qalmaq məqsədilə müəyyən vəsait qarşılığında özü haqqında ölüm xəbəri tirajlatdırılıb.

Bu isə artıq sadəcə dezinformasiya deyil, ictimai etika və mənəvi dəyərlərin açıq-aşkar tapdanmasıdır.

Canlı bir insanın özünü “ölü” kimi təqdim etdirməsi nə kreativ yanaşma, nə də peşəkar PR strategiyası sayıla bilər. Bu, ucuz şou elementlərindən istifadə edərək diqqət çəkmək cəhdidir. Daha acınacaqlısı isə odur ki, bu cür davranışlar ölüm kimi son dərəcə həssas və ağrılı bir mövzunun lağ obyektinə çevrilməsinə səbəb olur.

Cəmiyyətin hissləri ilə oynamaq, insanların real itkilər üzərindən yaşadığı ağrını manipulyasiya vasitəsinə çevirmək nə azad söz, nə də ifadə azadlığı ilə izah oluna bilər. Bu cür addımlar ictimai məsuliyyətsizlik, etik çöküş və açıq şəkildə şəxsiyyətsizlik nümunəsidir.

Media və sosial şəbəkə istifadəçiləri bu tip yalan məlumatlara qarşı daha diqqətli olmalı, xəbər saytları isə təsdiqlənməmiş informasiyaların yayımına son qoymalıdır. Əks halda, dezinformasiya cəmiyyət üçün daha ciddi fəsadlar doğura bilər. / Azərbaycan Reallığı