Ofeliyanın həyat yoldaşına hansı müğənni "padxod" edib? - Onun xanımı ölməyib, ağıllı olun - Video

“Ailəmə müdaxilələr olur, bu, xoşuma gəlmir. O qədər axmaq, şərəfsiz insanlar var. Ailəmə ancaq həyat yoldaşımın anası, bacıları müdaxilə edə bilər. O, elə bir övlad yetişdirib ki, müdaxilə edə bilər. Kənardan müdaxilə sizin başınız üçün deyil. Mən Ofeliya İsmət qızı Şabanova, o biri üzümü hələ görməməsiniz”.Bu sözləri “Tarixin bir günü” verilişində müğənni Ofeliya Şabanova deyib.İfaçı deyib ki, şou-biznesdən ailəsinə müdaxilə edənlər var:“Həyat yoldaşımın anasından və bacılarından başqa ailəmə kim burnunu soxsa, burnunu qıraram. Deyirlər, Ceyhun əməliyyatdan çıxmısan, onu yemə... Onun xanımı ölməyib, sağdır.. Şou-biznesdən də var, kənardan da var ki, ailəmə müdaxilə edirlər. Sizin başınız üçün deyil. Gərək on dənə başınız olsun. O da yoxdur. Məni başqası ilə səhv salmayın, bir də müdaxilə etsəniz, çıxıb bir-bir adınızı çəkəcəyəm. Yekəbaşlıq etməyin. Yekəbaşın axırı bilirsiniz nə olur, ağıllı olun, çaşmayın”. / Bizim.media