O evdə ki, qadın idarəçiliyi var, orada bərəkət yoxdur - Əməkdar artistdən şok sözlər

Əməkdar artist Zakir Əliyev açıqlaması ilə müzakirələrə səbəb olub. O, qadın-kişi münasibətlərindən danışıb. Kişiləri üstün tutan xanəndə sözlərinə belə qüvvət verib: "O evdə ki, qadın idarəçiliyi var, orada bərəkət yoxdur. Xanımlar özləri bilməlidir. Allah kişini üstün yaradıb. Əgər kişidirsə, evdə onun səsi çıxmalıdır. Azərbaycan ailəsində belə olmalıdır".