Nüsrət Kəsəmənlinin xanımı: “Ölümündən 2 gün sonra onu tabutda görəndə şoka düşdüm“ / VİDEO

13 Mart 2024
65f1cb990e315202403245153
608

Mərhum şair Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli onun barəsində bəzi faktları açıqlayıb.

"AStar" layihəsinə qonaq olan Rəhilə xanım ərinin ona son sözlərindən danışıb. O bildirib ki, Nüsrət Kəsəmənlinin ölümünü iki gün sonra bilib. Şairin evinə sağ-salamat gəldiyini zənn etdiyi halda, onu tabutunda qarşılamalı olub:

"Təsəvvür edin ayın 15-də rəhmətə getmişdi. Mən iki gün sonra bilmişəm. Hətta mən səfirliyə də zəng etdim, dedim ki iki gündür məni Nüsrətlə görüşməyə qoymurlar. Dedilər ki, narahat olmayın. Biz sizi Azərbaycan yola salacağıq. Mən onu birdən-birə tabutda görəndə şoka düşdüm. Qıcolma vəziyyəti yarandı".

Xatırladaq ki, XX əsr Azərbaycan ədəbiyyatının məhəbbət şairi kimi tanınan Nüsrət Kəsəmənli 1945-ci ildə dekabrın 29-da Ağstafada doğulub. O Azərbaycanda daha çox yazdığı sevgi şeirləri ilə tanınıb və bir çox mahnıların sözlərinin müəllifidir. Nüsrət Kəsəmənli 2003-cü ildə Təbrizdə dünyasını dəyişib.