Nura Suri OD PÜSKÜRDÜ: " Onun-bunun paltarını, dalını..."

11 Dekabr 2023
6576e31be9837202312232323
303

Dünya görüşü “plintus”dan aşağı olanlar hər mövzuda kiçik beyinləri yorub, fikir bildirməsələr daha sanballı görünə bilərlər. Ay nə bilim “müğənni sənəti ilə sevilsin, geyimi ilə deyil kimi” boş fikirləri özünüzə saxlayın. Ən sevilən, məşhur, toylarınızın, tədbirlərinizin tacı olanlar elə açıq-saçıq geyimləri ilə qəbul olunublar. O qədər burnunuzu hər yerə lazım oldu-olmadı soxursunuz ki, öz həyatınızı yaşaya bilmirsiniz, beyniniz inkişafdan qalıb, komplekslər, çərçivələr sizi boğub, özünüzdən xəbəriniz yoxdur.

Bu sözləri müğənni Nura Suri deyib. Müğənnilərin geyimləri ilə bağlı ünvanlarına deyilən fikirlərdən bezdiyini dilə gətirən sənətçi hesab edir ki, ulduz hər bir halı ilə səhnədə parlamalıdır. Odur ki, istədiyini geyinmək və onu üzərində nümayiş etdirmək onun ən təbii haqqıdır.

"Sizi heç qonşularınız tanımır, evinizdə sözünüzün dəyəri yoxdur, elə bilirsiz şərhlərdə zəhərinizi töküb təmizlənirsiz? Xeyr! Yenə də sizin sözünüzün dəyəri yoxdur. Sadəcə nə qədər aciz olduğunuzu, beyni boş olduğunuzu nümayiş edirsiniz.

Di gedin, indi bu boş beyninizlə bu dediklərimi həzm edib bu həqiqətlə yaşayın. Dünyadan xəbəriniz yoxdur, hələ qalmısınız keçmiş əsrlərin qul təfəkküründə. Onun-bunun dalını, paltarını, şəxsi həyatını müzakirə etmək sizi nə hörmətə mindirir, nə də nə qədər aciz olduğunuzu ört-basdır edir", - Nura Suri qeyd edib. / Publika.az