Nura Suri deputat olmaq istəyir : Namizədliyimi verəcəm
Müğənni Nura Suri Azərbaycanda keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyini irəli sürəcəyini açıqlayıb.
Sənətçi bu barədə OLAY-a Milli Məclisin üzvü Elman Nəsirovla yaşadığı qalmaqaldan danışarkən bildirib. N. Suri əvvəlcə bu barədə düşünmədiyini, lakin növbəti seçkilərdə namizəd olmaq barədə qərara gəldiyini deyib.
Estrada müğənnisi gündəm olan Türkiyədə prezidentliyə namizəd Sinan Oğana etdiyi evlilik təklifi məsələsinə də toxunub:
Niyə? Çünki o, Azərbaycanı çox sevir və bizə köklərlə bağlıdır. Vətənpərvər və Azərbaycanı sevən bir insan kimi ölkəmizi sevən hər kəsə rəğbətimi bildirməyə azad biriyəm. Əlbəttə ki, bilirəm Sinan evlidir, çox gözəl xanımı, ona dəstək olan həyat dostu var.
Nura deputat Elman Nəsirovun “Azərbaycandan olan bir xanım müğənninin kişiyə evlilik təklif etməsini bəyənmədim” fikirlərinə sərt cavab verib:
“O, millət vəkilini tanımıram. Millət vəkillərinin çoxunu tanımıram. Kim ki, o kürsüdə oturub və Milli Məclisdə xalqın sözünü deyir, dövlət üçün yaxşı işlər görürsə, onları tanıyıram.