“Normal geyimdə getsəydik, effekt verməyəcəkdi” - Əkizlər danışdı / VİDEO
Ölkəmizi bu il “Avroviziya” təmsil edən, lakin finala keçə bilməyən Tural və Turan Bağmanovlar çox danışılan firuzəyi xalıdakı obrazları barədə açıqlama veriblər.
OLAY-a özəl müsahibə verən ifaçılar fərqlənmək istədiklərini, geyimlərini çox sevdiklərini deyiblər.
Gənc müğənnilər həmçinin, tənqidlərə də cavab veriblər:
“Öz adımızdan danışsaq, biz o geyimi o qədər sevdik ki... Bunu necə izah edim, bilmirəm. Xalıdakı geyimimiz səhnə geyimimizdən də gəşəng idi. Saç, makiyaj – ümumilikdə hər şey çox yaxşı idi. Bu, incəsənətdir. Məsələn, bəzi musiqiləri kimsə bəyənə, kimsə sevməyə bilər. Geyim də elədir. Bu, sadəcə bir obrazdır.
Əslində, geyimimiz həm “vamp”, həm də ispansayağı, Asiya stilində idi. Çox maraqlı bir obrazdır. Həmin firuzəyi xalıda hansı təmsilçinin maraqlı geyimi varsa, hamı birinci ondan müsahibə alırdı.