“Nikosayağı”nın səhifəsində şok paylaşım - Uzun aradan sonra görün nə paylaşıldı - Foto

07 Avqust 2024
66ad29121d0cb202408244434
724

“Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli rəsmi instaqram hesabında hər şeyi silib.

Bloqer bunu ötən ilin avqustunda keçirdiyi qəzadan sonra ilk dəfə edib.

O, yayımladığı bütün videoları, profil şəklini silib və izlədiyi şəxsləri izləmədən çıxarıb.

Bu gün həmin hesabın profil şəklində başqa bir şəxsin fotosu əks olunub. Məhz bu baxımdan Nicat Şakirlinin hesabını başqasına satdığı təxmin edilir. Ancaq səhifənin adı olduğu kimi qalıb.

N.Şakirli ötən ilin avqustunda idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya olunub.

O, Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma – Ölümə səbəb olduqda) maddəsi ilə təqsirləndirilib və çıxarılan hökmlə 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib. / sfera.az