Nigar Şabanova: “Nikahdankənar uşaq dünyaya gətirmək yaxşıdır”

27 Yanvar 2024
65b54ef52d4af202401244405
819

“Hər bir qadının arzusu ana olmaqdır. Heç kimin ailəsini dağıtmadan, özü üçün uşaq dünyaya gətirirsə, bunun nəyi pisdir? Yaşlananda, bir çörək ala bilməyəndə, həkimə gedə bilməyəndə bu qınayanlar gəlib mənə kömək edəcəklər?”

Bu sözləri Əməkdar artist Nigar Şabanova “Tarixin bir günü” proqramında deyib.

Xanəndə qardaşı qızını övladlığa götürməsindən danışıb:

“Onu gizlətmirəm, kimdənsə uşaq dünyaya gətirməmişəm. Öz anasına “mama”, mənə ana deyir. İxtiyarım yoxdur ki, onu anasından ayırım. Hər gəlin də bunu qəbul etməzdi. Üç yaşı var, məndən çox öz anası ilə vaxt keçirir. Nə qədər gec deyil, 40 yaşına çatmamısınızsa, gedin klinikalara, süni mayalanma ilə ana olun”.

Aparıcı Tarix Əliyevin (Tolik) “Nigar Şabanova məsləhət görür ki, bu gün ailə qura bilmirsənsə, gedib nikahsız uşaq dünyaya gətir” sözlərinə “Tək qalmaqdansa, nikahdankənar uşaq dünyaya gətirmək yaxşıdır. Heç bir qadına tək qalmağı arzu etmirəm. Təklik pis şeydir. Heç birimiz pak deyilik ki, kiminsə həyatını müzakirə edək. Kim nə edirsə, yaxşı edir” deyə Nigar cavab verib. / kanal.az