Nigar Camal bədəninin bu nahiyyəsini sığortalayıbmış - VİDEO

Bədən üzvlərinin sığortası könüllü sığorta növünə aiddir. Lakin hələ də bu sığorta növü azərbaycanlılar üçün yaddır. Çünki həyat və mənzil sığortası kimi mövzulara belə ciddi yanaşmayan vətəndaşlarımız çətin ki, bədən üzvlərini qoruya.

Buna baxmayaraq Azərbaycanda da sığorta şirkətləri vətəndaşlara bu sığorta növünü təklif edirlər.

Ekspertlər bildirir ki, bu sığorta növünün əsas hədəfi məşhur simalardır. Azərbaycanlı müğənni Nigar Camal da "Eurovision" ərəfəsində öz simasını sığorta etdirib.

Daha ətraflı video-materialda: