Nəsimi Nəbizadə itkin düşdü - Video

08 Yanvar 2026
695fd0d6c68f6202601264422
879

Tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçıb.

Bu barədə Oxu.az-a açıqlamasında "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov deyib. O bildirib ki, Nəsimi Nəbizadə paytaxtın Səbail rayonu, Nizami küçəsindəki kafedən yoxa çıxıb:

"Nəsimi müəllimə hər cür yardım edirdik. Sonuncu dəfə dişlərini düzəltdirmək üçün Sumqayıta həkimə apardım. İki gün öncə dedi ki, ürəyim sıxılır, gəzmək istəyirəm. Onunla birlikdə Nizami küçəsinə gəldik. Orada restoranda çörək yedik. Sonra çıxıb gəzdik, söhbətləşdik. Axırda gəldik kafeyə, əyləşib çay sifariş verdik. Mən getdim əlimi yumağa. Qayıtdım ki, Nəsimi masada yoxdur. Düşündüm ki, yəqin ayaqyoluna gedib. Dörd saat kafedə gözlədim, gördüm yoxdur. Bildim ki, Nəsimi Nəbizadə qaçıb".

C.Salmanov qeyd edib ki, mərkəzin əməkdaşları dərhal Nəsimi Nəbizadənin Saray qəsəbəsindəki ata evinə gediblər:

"Evə getdik, qardaşı Elnur qapını açdı, dedi ki, evə gəlməyib. Hazırda axtarışlarımız davam edir. Biz yenə də ümidimizi üzmürük, qayıdacağını gözləyirik".