Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz, dövlət işə qarışmalıdır - Şok təklif
“Birini mən deyirəm, 5-ni cavab qaytarır. Özlərinin instaqram və feysbukda tulaları var”.
Bu sözləri “Yenisabah.az-a açıqlamasında Xalq artsiti Şeyx Əbdül Mahmudbəyov deyib. O Nəfəsin gündəm olan çıxışından - şəhid şəkilləri qarşısında rəqs etməyindən danışıb:
“Mən deməkdən, danışmaqdan yorulmuşam. Artıq dövlət bu işə müdaxilə etməlidir. Bayağı və səsi olmayan müğənnilərlə doldurulan efirlərlə bağlı cinayət işi açılmalıdır. Buna şərait yaradan insanlar cəzalandırılmalıdır. Nəfəs və digərlərində günah yoxdur. Günah bizdədir ki, bu cür eybəcər hallara qarşı dinib-danışmırıq”.