Nanənin verilişi bağlandı

15 Sentyabr 2025
68c7fbd2643ea202509254314
1176

Aparıcı Nanə Ağamalıyevanın “Azad Azərbaycan”da yayımlanan verilişi bağlanıb.

OLAY-ın əldə etdiyi məlumata görə, “7 Tamam” adlı proqramın efir həyatı bitib. Belə ki, həmin saatlarda Zaur Baxşəliyevin aparıcısı olduğu “Bizimləsən” layihəsi yayımlanacaq.

Qeyd edək ki, sözügedən layihənin aparıcısı daha əvvəl Vüsalə Əlizadə olub. / Olay.az

***

Aparıcı Zaur Nəbioğlunun ATV-də yayımlanan "Rəngarəng" verilişinin bağlandığı iddia olunub.

Məsələ ilə bağlı azxeber.com-a danışan aparıcı xəbəri nə təsdiq, nə də təkzib edib. O, verilişi ilə bağlı hələ ki, kanal rəbərliyinin qərar vermədiyini bildirib:

"Verilişin bağlandığı ilə bağlı xəbər yayılsa da, mənim hələ ki, bundan xəbərim yoxdur. Mənə belə bir qərarın qəbul edildiyi haqda heç bir məlumat verilməyib. Kanal rəhbərliyi ilə danışıqlarımız davam edir. Amma deyə bilərəm ki, axşam efiri aparacağım haqda çıxan xəbər yalandır. Belə bir layihəm yoxdur. Nə vaxtsa yenidən veriliş aparsam, onun adı yenə də "Rəngarəng" olacaq. Çünki bu ad mənim üçün özəldir. Yanında hansısa söz əlavə oluna bilər, amma əsas ad olduğu kimi qalacaq".