Nanə əməliyyatla inanılmaz dərəcədə dəyişib: Yeni görünüşü bəyənilmədi - Foto

11 Yanvar 2026
696346cab33eb202601264426
735

Aparıcı Nanə Ağamalıyevanın son görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Aparıcının xeyli dəyişmiş imici diqqətdən yayınmayıb.

Sosial mediada paylaşdığı videoda onun nəzərəçarpacaq dərəcədə arıqlaması, üz cizgilərinin sərtləşməsi və estetik müdaxilələrə bənzər dəyişikliklər istifadəçilər arasında müxtəlif rəylər doğurub.

İzləyicilər onun sağlamlığından narahat olduqlarını bildiriblər, çox arıqladığını, tanınmaz hala düşdüyünü yazıblar. Xüsusilə də estetik prosedurların həddən artıq olduğu iddiası müzakirələrin əsas mövzularından birinə çevrilib. Ümumi olaraq, N.Ağamalıyevanın yeni görünüşü izləyicilərinin xoşuna gəlməyib və iradlara səbəb olub.

Aparıcı yazılanlara cavab verməyib. / Yenisabah.az