Namiqin təklifinə yox dedim, böyük səhv etdim - İradədən etiraf

23 Dekabr 2025
694a2cfb3572d202512254739
580

"Meyxanaçı Namiq Qaraçuxurlunun vaxtında təklif etdiyi mahnını oxumadım, böyük səhv etdim. Amma indi onun bir mahnısını oxumaq istərdim".

Bu sözləri müğənni İradə İbrahimova "Afaqla onlar" verilişində deyib. O, bunun səbəbini isə belə izah edib:

"Meyxananı özümlə birləşdirə bilmədim. Ona görə yox dedim. Amma sonradan böyük səhv etdiyimi başa düşdüm. Könül Kərimova ilə ifa etdiyi "Cavanlıq səhvi" mahnısını ilk mənimlə duet oxumağı təklif etmişdi. Mən belə səhvləri çox etmişəm". / Axşam.az