Nailə İslamzadənin həyat yoldaşı görün kim imiş - ilk dəfə görüntüləndi - FOTO

Televiziyasında illər öncə yayımlanan “Ailələr, talelər” verilişinin müəllifi, əməkdar artist Nailə İslamzadə İctimai televiziyada “Fatehin divanı" verilişinin qonağı olub.

Ad günü ərəfəsində qonaq olan Nailə İslamzadə aparıcı DJ Fatehin “Həyat yoldaşınız sizin ad gününüzü necə təbrik edir” sualına belə cavab verib: “Qeyri-adi bir şey olmur. Evlənməzdən öncə ad günümdə Moskvada bir qutu gətirmiş və bir böyük gül hədiyyə etmişdi. Ondan sonra böyük gül dəstəsi hədiyyə etməyib”.

Aparıcı ilk dəfə Nailə İslamzadə ilə həyat yoldaşının evlənməzdən öncəki fotosunu təqdim edib.

Nailə İslamzadə isə sözügedən fotonun əməkdar artist Nərgiz Cəlilovanın toy mərasimində çəkildiyini və ondan bir ay sonra evləndiklərini açıqlayıb.

Qeyd edək ki, Nailə İslamzadə şəxsi həyatını mətbuatdan uzaq tutur. Onun bir oğlu var./teleqraf

***

Sevilən aparıcı Nailə İslamzadənin ömür yolunu əks etdirən video materialı təqdim edirik:

Görüntülər ATV kanalında yayımlanıb.