Nadir gəlinindən danışdı - Halal südəmən, qanı təmiz olmaq başqadır / VİDEO

02 Mart 2024
65e367503d16f202403245216
197

"Qızım yoxdur, amma çox istərdim ki, olsun. Qız övladlarını çox sevirəm. Balaca qız övladı görəndə deyirəm ki, kaş belə qızım olardı. Əslində bir qızım olub, amma tələf olub. 1993-cü ildə ailə qurmuşam. Bir il sonra 1994-cü ildə qız övladım oldu, amma tələf oldu. Sonra bir oğlum oldu, o da tələf oldu. İndi iki oğlan övladım üçüncü, dördüncü uşaqlarımdır". 

Bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu "Gündən günə" verilişində deyib. 

Gəlini Əntiqədən söz açan sənətçi, onun müsbət xüsusiyyətlərindən danışaraq, təriflərə qərq edib: 

"Hərdən deyirlər ki, kürəkəndən oğul olmur, gəlindən qız. Deyəsən mənim o sayədən bəxtim gətirib. Gəlinim mənim qızımdır. Gündə üç dəfə halımı, yemək yediyimi soruşur. Oğlum həyat yoldaşı ilə bizdən ayrı yaşayır. Hətta mənə deyir ki, evə gedəndə bizə də xəbər edin ki, biz rahat olaq. Yemək bişirir, bizə evə göndərir. Yəni o yeməyi ona görə göndərir ki, baxın görün bu təamı necə bişirirəm. Evlərinə də gedəndə oğlum bir yana, gəlinim bir yana, əl-ayağa düşürlər. Halal südəmən, qanı təmiz olmaq başqadır. Əsas gen məsələsidir". 

Qeyd edək ki, Nadir və Sevinc cütlüyünün Loğman və Əziz adlı iki oğlan övladı var. / Olay.az