Muxtar Qasımlının adını daşıyacaq gəmi dünya sularında üzəcək - Mübariz Mənsimov
14 Yanvar 2026
131
"Palmali Holding”in donanması Şəhid Muxtar Əli oğlu Qasımlının adını daşıyacaq gəmi ilə dünya sularında təmsil olunacaq
Azərbaycanlı iş adamı və xeyriyyəçi Mübariz Mənsimov "Palmali"nin növbəti gəmisinə Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan Muxtar Əli oğlu Qasımlının adının verilməsi haqqında qərarı açıqlayıb. Xeyir dua almaq üçün Mübariz Mənsimov şəhidin anası ilə telefonla danışıb.
Muxtar Əli oğlu Qasımlı 23 fevral 1993-cü ildə Bakı şəhərində anadan olub. 1999-2009-cu illərdə Bakı şəhəri 318 nömrəli tam orta məktəbdə, 2009-2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kikboksinq fakültəsinin üzrə Bakalavr pilləsində təhsil alıb. Dəfələrlə yarışlarda iştirak edib və mükafaflara layiq görülüb. 27 oktyabr 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülüb. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Muxtar Qasımlı 2020-ci il sentyabrın 27-də Azərbaycan torpaqlarının erməni işğalından azad olunması uğrunda başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 2-də Füzuli döyüşlərində qəhrəmancasına şəhid olub. Bakı şəhəri Qala qəbiristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Muxtar Qasımlı ölümündən sonra "Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə” medallarla təltif edilib. / Miq.az

DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Xəbər Lenti
Məşhurların axın etdiyi Alim Qasımovun nəvəsinin toyundan ilk görüntülər - Video
16.01.2026 21:10
Cəmiyyət
Van Damm azərbaycanlı nəvəsi ilə görüntüsü: Uşağın adı marağa səbəb oldu - Foto
16.01.2026 13:53
Cəmiyyət
Xalq artisti mahnıda ədəbsiz söz işlədən Qumralı tənqid etdi
16.01.2026 11:35
Cəmiyyət
Bəzi ifaçıları tənqid etdi: Müğənni olduğum üçün utanıram
15.01.2026 08:20
Cəmiyyət
Röya "Şöhrət" ordeni almaq istəyir
15.01.2026 08:15
Cəmiyyət
Niyə etirazçıların cinsi orqanlarına atəş açılır? - Şok səbəb
15.01.2026 00:31
Cəmiyyət
Ölən arvadının telefonunu yoxlayan ər şoka düşdü - Foto
14.01.2026 20:07
Cəmiyyət
Boşanmışam deyə özümə "stop" qoymalıyam? - Sənətçi
14.01.2026 16:15
Cəmiyyət
Azərbaycanlı müğənni 2 milyon dollarlıq təklifi rədd etdi
14.01.2026 16:05
Cəmiyyət
Muxtar Qasımlının adını daşıyacaq gəmi dünya sularında üzəcək - Mübariz Mənsimov
14.01.2026 12:51
Cəmiyyət