Murad Dadaşovun xanımı ilə - Foto

07 Dekabr 2025
6935518b518d6202512250603
3115

“Xəzər” Media Mərkəzinin (Xəzər TV) baş direktoru, Xalq artisti Murad Dadaşovun oğlu Kamalın toyu olub.

Məclis şəhər restoranlarından birində keçirilib. 

Gecədə Xalq artisti Aygün Kazımova, Əməkdar artist Xəyyam Nisanov kimi bir çox ulduz səhnəyə çıxıb. Bundan başqa, Azərbaycan əsilli qazaxıstanlı reper Jah Xalib (Bəxtiyar Məmmədov) də məclisə qatılanlar arasında yer alıb.

Gecədə toyun aparıcılığı Tural Əsədov və Leyla Quliyevaya həvalə edilib. Məclisi isə əsas müğənni kimi Xəyyam Nisanov aparıb.

Qeyd edək ki, Aytən adlı xanımla ailəli olan M.Dadaşovun Kamal, Ziya və Əli adlı 3 oğlu var. / Axşam.az