Müğənnidən deputatın ona ev verməsinə reaksiya: Gözəl-göyçək qızam - Video

Müğənni Günel Ələkbərova (Pişik Günel) vəzifəli şəxsin ona ev hədiyyə etməsindən danışıb.

"Öz aramızda" verilişinə qonaq olan ifaçı mənzil haqda konkret cavab verməsə də, həmin hədiyyəyə layiq olduğunu deyib:

"Elə mənə verilməlidir də hədiyyə evi... Anqavitalara bina verirlər. Gözəl-göyçək qızam. Niyə verməsinlər? Kim nə niyyətlə veribsə, Allah qəbul eləsin".

Xatırladaq ki, Qeyd edək ki, sosial şəbəkələrdə millət vəkilinin Günel Ələkbərovaya yaşayış komplekslərindən birində mənzil hədiyyə etməsi haqda xəbərlər yayılıb. / baku.ws

***

“Kristal Abşeron” MTK-nın icraçı direktoru Məhayət Nəbiyev müğənni Günel Ələkbərovaya, məşhur “Pişik” ləqəbi ilə tanınan sənətçiyə hədiyyə etdiyi evlə gündəmə gəlib.

Deputat Ağalar Vəliyevin sahibi olduğu “Kristal Abşeron” MTK-nın Xırdalan layihəsindəki binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edildiyi iddia olunur. Bildirilib ki, bu addım müğənninin sənətinə hörmət əlaməti olaraq atılıb.

Günel Ələkbərova Yenidabah.az-a açıqlamasında deyib ki, artıq şəxsi həyatı ilə bağlı danışmaq istəmir:

“Bayaq televiziyaların birində canlı yayımda idim. Orada da dedilər, xəbərim oldu. İllər öncə də haqqımda belə xəbərlər yaymışdılar. Artıq şəxsi həyatımla bağlı heç nə danışmaq istəmirəm” .