Müğənni Damla yazıçı Kəramət Böyükçölü ad günü münasibətilə təbrik edib. İfaçı yazıçının kitab satdığı əraziyə gedərək, onu təbrik edib. Bu barədə Kəramət Böyükçölü sosial media hesabında paylaşım edib. O, "Damla ad günümü təbrik etməyə gəlib.Əlimi qoluna vurdum. Sonra dedim ki, əlim dəydi, bağışla", - deyə yazıb.