Müəllimin etik olmayan videosu yayıldı - Şok qərar

21 Yanvar 2026
697113fb61c86202601265923
634

Abşeron rayon Qobu qəsəbə 16 nömrəli körpələr evi–uşaq bağçasının musiqi müəllimi Əsgərova Elnarə Tahir qızı ilə bağlı sosial şəbəkələrdə yayılan uyğunsuz görüntülərlə bağlı aidiyyəti araşdırma aparılıb.

Abşeron - Xızı Regional Təhsil İdarəsindən Unikal.az-a verilən məlumata görə, aparılan araşdırmanın nəticələrinə əsasən, görüntülərdəki davranışın etik və pedaqoji normalara uyğun olmadığı nəzərə alınaraq, musiqi müəllimi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilib.