Müdir və işçisi saxlanıldı - 70 manata...
Təqsirləndirilən Nazim Musayev bildirib ki, oteldə yeni gələnlər üçün qiymət 70, daimi müştərilər üçün isə 50 manatdır:“Qeydiyyatçıya qadınla gələn kişilərə cinsi əlaqə üçün 70 manat qiymət deməyi tapşırmamışam. Həmin şəxslərin müəssisəyə əxlaqsızlıq üçün gəlmələrindən xəbərim olmayıb. Otelimə gələn qonaqların otaqlarda cinsi əlaqə ilə məşğul olmaları barədə məlumatım yoxdur. Ümumiyyətlə qonaqlar burada gecə yatmaq üçün gəlirlər. Qeydiyyatda əslində qonaqlardan şəxsiyyət vəsiqələri tələb olunur və komputerə işlənilir. Amma qeydiyyatçı əxlaqsızlıq edərkən tutulan şəxslərin məlumatlarını komputerə salmayıb. Hesab edirəm ki, işçimi düzgün təlimatlandırmamışam, buna görə də özümü təqsirli bilirəm”.Nazim Musayev deyib ki, himayəsində azyaşlı övladı var və ailənin tək gəlir yeri olduğu üçün nəzərə alınmasını xahiş edir.Digər təqsirləndirilən Tahir Məlikov isə həmin qonaqları əvvəldən tanımadığını bildirib:“Onlardan vəsiqələrini istədim. Lakin dedilər üstümüzdə deyil, telefonla göndərəcəklər. Kişidən 70 manat alıb otaq verdim.
Danışıqlarından başa düşdüm ki, ər-arvad deyillər. Onların cinsi əlaqə üçün otelə gəldiklərini bilmədim. Ər-arvad olmaları barədə sənəd almamışdım. Buna görə özümü təqsirli hesab edirəm”.Tahir Məlikov da xəstəliyini və ailə vəziyyətini nəzərə alaraq, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edib.Beyləqan rayon Məhkəməsində keçirilən proses zamanı onların hər biri barəsində 1 il sınaq müddəti olmaqla, 3 il şərti azadlıqdan məhrumetmə cəzası təyin olunub. Lent.az