"Mir Şahini qorumaq vicdanlı insanların öhdəliyidir" - Foto
12 Noyabr 2025
264
“Mir Şahini qoruyun!
Bu bir çağırışdır. Təbrik deyil. Mir Şahini qorumaq yalnız vicdanlı insanların öhdəliyidir. Borc yox, öhdəlik! Jurnalistika kəfənini yırtıb içindən çıxan, sonra həmin kəfəndən yeni qiyafə biçən şəxsi qorumaq borc deyil, öhdəlikdir! Borc - başqasından alınır. Mir Şahin, məhz bu - mövcud jurnalistikanı şəxsən özü yaradıb! Onu kimsədən almayıb, onu heç kəsə verməyib! Nə icarədar, nə kirayənişin kimi! Mir Şahin (S)ÖZ ustadlarının belə heyranlıqla baxdığı tək jurnalistdir! Mən onun müəllimləriylə görüşünü də izləmişəm. Dostlarının önündə xəfifləşən təbəssümünü də hər kəsdən yaxşı duyuram. Atasının dəfnində qərq olduğu hüznə də qohumam!
Azərbaycanlıdır! Azərbaycandır! Tək vücudda hamımızın əvəzinə vətənpərvərlik nümunəsidir! “Xalqın uşağı” deyə yaradılan prototipin ən gerçək halıdır!
Xalqın oğludur! Xalqın qardaşıdır!
Bu xalq mənəm! Və o mənim atamdır!
Qoruyun Mir Şahini, cənablar!
Müqəddəratınızı qoruyun!
Medianı qoruyun!
Bu gün jurnalistikamızı bəstələyən şəxsin 62-ci doğum günüdür!
Təbrik etməyin! Qoruyun! Yanında durun!
O özünü dövlət kimi aparır!
Sözləri bayrağımız qədər yüksəklikdə dalğalanır!
Səsi himnimizi, çıxışları konstitusiyamızı xatırladır!
Sinəsi general yaxası kimidir. Medallarla dolu!
Bütünlüklə həqiqidir, REALDIR!
Mir Şahin SÖZÜ CANI BAHASINA, CANI KİMİ qoruyur!
Qoruyaq həqiqəti!
Qoruyaq sözü!
Qoruyaq Mir Şahini!
ONUN DÖVLƏTİ QORUDUĞU KİMİ!
Bu, babam Mir Dilavər Ağanın atamın ömründə, atamın vücudunda, atamın ruhunda yaşadığı ilk doğum günüdür...
Qürurla, Mir Çingiz Ağayev...
DİGƏR XƏBƏRLƏR
DAHA ÇOX
Redaktor seçimi
Xəbər Lenti
Teymur Əmrah ailə qurmamasının səbəbini açıqladı
15.11.2025 00:19
Cəmiyyət
İradə İbrahimova boşanıb?
15.11.2025 00:03
Cəmiyyət
Model həmin etik olmayan görüntülərdən danışdı - Video
14.11.2025 11:29
Cəmiyyət
Xalq artisti adı almaq üçün rüşvət veriblər... - Şok açıqlama
14.11.2025 10:43
Cəmiyyət
Vəzifədən göndərilən Fuad Nəcəflinin görüntüləri yayıldı - Foto
13.11.2025 10:53
Cəmiyyət
Adnanın xanımından yeni qərar - Foto
13.11.2025 00:21
Cəmiyyət
Elman Nəsirovun qızından açıqlama
13.11.2025 00:02
Cəmiyyət
Səidə ərindən boşanır - Foto
12.11.2025 23:49
Cəmiyyət
Tanınmış müğənni ilə bağlı üzücü xəbər - Video
12.11.2025 23:07
Cəmiyyət
İlham Əliyev ilk dəfə Mehdiyevlə bağlı danışdı
12.11.2025 20:43
Cəmiyyət