Minadan TƏƏCCÜBLÜ ETIRAF: “Bədənimi satmışam” - FOTO
Müğənni Mina Hüseyn yeni görünüşü ilə diqqətləri üzərinə cəmləyib.
“Gül kimi şou”da qonaq olan sənətçi aylar əvvəl keçirdiyi “liposaksiya” (piy çıxarılma -red.) əməliyyatından danışıb.
M.Hüseyn bildirib ki, cərrahi yolla 10 kiloqram çəkidən azad olub:
“Hardasa 10 kiloqrama yaxın çəki atmışam. Əməliyyat olunmuşdum. Amma indiki çəkimi saxlamaq və baxımlı olmaq üçün pəhriz saxlayıram. Əməliyyatı isə sırf arıqlamaq üçün etdim. “Liposaksiya” əməliyyatı keçirdim.
Bu əməliyyat yolu vasitəsi ilə bədənimdə olan artıq piylərdən azad oldum. Amma həmin piyləri başqa nahiyyəmə yeridilməyib. Yəni belə bir şey yoxdur. Sadəcə artıq piyləri bədənimdən xaric ediblər. Piylərimi satmışam (gülür)”. / Bizim.media