“Mikrafonu Tatlısəsə uzatdım, mənimlə oxumadı” - Alim Qasımov
Sənətkar bu haqda qonaq olduğu müğənni İzzət Bağırovun aparıcılıq etdiyi “İzzət şou”da danışıb.
Qasımov bildirib ki, toyların birində mikrafonu Tatlısəsə uzatsa da, sənətçi onunla oxumayıb:
“Allah İbrahim Tatlısəsə şəfa versin. Amma bir dəfə onun məclisində məni dəvət etmişdilər. Bir dəfə oxudum. Bilirəm ki, Tatlısəs də bunu oxuyur. “Çərşənbə günündə, çeşmə başında...” zümzümə edib, mikrafonu ona verdim. Mikrafona da elə gözəl səs vermişdilər. Dedim ki, onunla birgə oxuyum. Mənimlə oxumadı. Sonra ikinci dəfə mənə söz verdilər. O mikrafonu elə günə qoymuşdular. Oxumaq qalsın, danışmaq da olmurdu. Allah şəfa versin. Nəysə. Bütün qeybətləri etdim burada, Allah qeybətə yazmasın. Bir dəfə də, cavan uşaq idim. Məclisə getmişdim. Bir dənə də böyük, tanınmış oxuyan gəlmişdi. Onun xəbəri olmadan mikarfonunu mənə verdilər. Ağzımı açan kimi, ömrümdə də yaxşı mikrafonla oxumamışam, uçuram. Gördüm oxuyan məni görən kimi mikrafonu çəkdi. Bir şey ki, Allahdan verilib, onun qabağını ala bilməzsən”. / Olay.az