Meyxanaçı Kərimdən YENİ XƏBƏR
Meyxanaçı Kərimin vəziyyəti stabil ağır olaraq qalır.
Bu barədə Lent.az-a onun dostu, meyxanaçı Ağamirzə məlumat verib.
“İnsanlar Kərimi sevir, unutmurlar. Buna görə öz adımdan, ailəsi adından hamıya təşəkkür edirəm. Kərimin vəziyyətində təəssüf ki, yaxşılaşma yoxdur. Vəziyyəti stabil ağır olaraq qalır. Allah heç kimi belə ağır imtahanla sınağa çəkməsin. Danışa bilmir, çox zaman ətrfındakıları tanımır”, - o qeyd edib.
Meyxanaçı bildirib ki, ailəsi yaxın adamlardan başqa heç kimə Kərimlə görüşməyə icazə vermir. Bu da anlaşılandır.
“Adam ağır yataq xəstəsidir. Bu vəziyyətdə kiminsə gözünə görünmək istəmirsə, bunu anlamaq lazımdır”.
Xatırladaq ki, meyxanaçı Kərim iki dəfə insult keçirib. İlk dəfə 2017-ci ildə beyninə qan sızan Kərim, 2021-ci ildə keçirdiyi ikinci insultla yataq xəstəsinə çevrilib, danışıq və hərəkət qabiliyyətini itirib.
O eyni zamanda yüksək qan təzyiqi və şəkər xəstəliyindən əziyyət çəkir.