Məşhur Xınalıq məktəblisi İngiltərəyə GEDİR - FOTO

01 İyul 2023
64a014b032417202307235736
634

Bir müddət əvvəl yaşadığı kənddə polşalı turist Kamil Cichocki ilə ingilis dilində səlis danışığı ilə gündəmi zəbt edən məktəbli İbrahim Zeynalov İngiltərəyə yollanacaq.

Showmedia.az bizim.media-ya istinadən xəbər verir ki, Qubanın Rüfət Kəlbiyev adına Xınalıq internat tipli tam orta məktəbinin 6-cı sinfini bitirmiş İbrahim Zeynalov MÜSİAD Azərbaycan təşkilatının dəstəyi ilə İngiltərədə iki həftəlik yay məktəbində olacaq.