Məşhur filmdə çəkilən həmin qız görün kim imiş - Foto

05 Dekabr 2025
6923f247a32bd202511255103
561
“Uşaqlığın son gecəsi” filmində itlə gəzən qız İzmira Məmmədovanı mən seçmişdim. 189 saylı məktəbin 8-ci sinfində oxuyurdu. Ailəsi kinoya çəkilməsinə icazə vermirdi. Atası azərbaycanlı, anası yəhudi idi. Tolstoy küçəsində yaşayırdılar. Rejissor Arif müəllimlə evlərinə getdik. Ailəsindən icazə aldıq. Söz verdik ki, qızı məktəbdən çəkilişə, çəkilişdən evə  özümüz aparıb-gətirəcəyik. Atasını razı saldıq. Sonralar həmin xanım "Sevil" film operasında da çəkildi. İndi bildiyimə görə ABŞ-da yaşayır, üç qızı var”, - Xalq artistimiz Ənvər Həsənov.

Müəllif: Anar Tağıyev