Məşhur cütlük boşanıb? - Ayseldən şok: Hər kəs öz yolundadır

25 Mart 2025
67f75f83576d5202504250451
3331
Zaman-zaman Xalq artisti Murad Adıgözəlzadə ilə boşanma xəbərləri yayılan müğənni Aysel Adıgözəlzadənin paylaşımı müzakirə yaradıb.Ayselin instaqramda yazdığı sözlər marağa səbəb olub.

Belə ki, o, səhifəsində paylaşdığı postda bu fikirləri bildirib:
“Bəzən baxırsan, amma görmürsən. Bəzən susursan, amma fikrin çığırır içində. Hər kəs öz yolundadır. Mən isə sadəcə bir anlığına dayanıb, öz içimə baxıram. Sakitlikdə də bir danışıq var. Sadəcə onu dinləməyi bacarmaq lazımdır”.

Qeyd edək ki, bir müddət öncə M. Adıgözəlzadənin Ayselə xəyanət etdiyi və cütlüyün bu səbəblə boşanacaqları iddia olunub. / Bizim.media


Xatırladaq ki, onların üç övladı var.