Məşhur aparıcının ərə getdiyi icra başçısının 4 övladı varmış
Xəbər verildiyi kimi, bu gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun toyudur. O, ikinci dəfə ailə həyatı qurur.
İcra başçısı teleaparıcı Alidə Mustafayeva ilə ailə həyatı qurur. Bir neçə gün əvvəl onların nikah mərasimi baş tutub. Toy Bakıdakı restoranlardan birində keçiriləcək.
Teleaparıcı Alidə Mustafaeyva 1987-ci il avqust ayının 30-da Bakıda dünyaya gəlib. 2004-cü ildə 5 saylı orta məktəbi, 2008-ci ildə isə Azərbaycan Dillər Universitetinin beynəlxalq münasibətlər və amerikaşünaslıq ixtisasını bitirib. Əvəllər ATV və İTV-də teleaparıcı olub.
2022-ci ildən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki "Bakı Telefon Rabitəsi" MMC -nin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi vəzifəsində çalışır.
Seymur Orucov İqtisad Universitetinin sabiq rektoru və keçmiş deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə ailəli olub. Onlar bir müddət əvvəl rəsmi şəkildə boşanıblar.
Ağstafa Rayon İcra Hakimiyyətinin saytında yerləşdirilən məlumata görə, Seymur Hacıyev 4 uşaq atasıdır. Bu uşaqlar icra başçısının birinci evliliyindən - Çeşmi Hacıyeva ilə nikahından dünyaya gəliblər.
Seymur Orucov 27 oktyabr 1984-cü ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetininin bakalavr və magistratura pilləsini bitirib.
"Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri" mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb.
Azərbaycan Dövlət İqtisad Universitetində kafedranın aspirantı və müəllimi, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri , 2009-2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru, 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifələrində işləyib.
29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib.
2010-cu ildə "Tərəqqi" medalı ilə təltif edilib.
21 may 2020-ci il tarixində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. / redaktor.az