Mənim evimdə olan qızıllardan heç kimdə yoxdur - Nigar Şabanova

08 Mart 2024
65e8e00dbcdd2202403242845
650

Əməkdar artist Nigar Şabanova yenidən ailə qurması haqda şayiələrə cavab verib.

Xanəndənin üzük videosu paylaşması onun yenidən ailə qurması haqda dedi-qodulara səbəb olub. Nigar bildirib ki, növbəti dəfə nikah masasına oturmağı düşünmür.

İfaçı sosial şəbəkədə ünvanına yazılan tənqidlərə də cavab verib:

"Növbəti dəfə elə bir səhv etmək fikrim yoxdur. Paylaşdığım üzüyün 500 min qiyməti var. İnternetdən götürmüşəm. Şərhlərdə yazıblar ki, hər il birinə ərə gedib qızıl yığır. Şükür Allaha, Nigarın evində olan qızıllar heç kimdə yoxdur. Halal zəhmətimlə, dünyanın hər yerində konsertlərdə, toyda oxumağımla qazanmışam. Allah sizə də o qədər qızıl qismət etsin ki, başqalarına baxmayasınız. Üzüyün sadəcə modelini bəyənib paylaşdım. Heç bir şey yoxdur. Şükür ki, yoxdur. Bir də elə səhvə yol vermərəm". / Axsam.az