"Mənim ehtiyacımı heç biriniz ödəyə bilməzsiniz" - Psixoloqdan Azərbaycan kişilərinə atmaca

18 Noyabr 2023
656f64ae398bb202312235806
272

"3000 manatlıq emossional ehtiyac" açıqlaması ilə tanınan psixoloq Əfsanə Rüstəmova qalmaqallı deyimi barədə danışıb.

ATV telekanalında yayımlanan “Elcanlı" proqramına canlı bağlantı zamanı o, aparıcının “3000 manatı ödəyə bilməyən kişilər yığışıb burada sizə etiraz edirik, o məbləği bir az aşağı etmək olarmı?” sualını cavablayıb: “Hər kəs özünə görə, məbləğ müəyyən etməlidir. Öz məbləğinizə dair özünüz qərar verməkdə, əlbəttə, azadsınız. Mən ailəliyəm və 1 övladım var”.

Studiyada əyləşənlərin “Sizin bütün ehtiyaclarınız ödənirmi?" sualı isə psixoloqu özündən çıxarıb:

“Mənim ehtiyaclarımı orada əyləşənlərin heç biri ödəyə bilməz. Ona görə bu sualın etik olduğunu düşünmürəm. Bəlkə sizin ödənəcək hər hansı ehtiyacınız var. Bu mövzuda kifayət qədər peşəkaram, uzun illərdir bu sahədə psixoloq kimi fəaliyyət göstərirəm. Bəlkə də sizə hər hansı köməyim dəyə bilər. Məsələ 3000, yaxud 700 manat deyil. Hər kəs öz həddini müəyyən etməlidir. Kimsə 30 qəpiklik peraşki istəyə bilər, kimsə 1 manatlıq bloknot, maşın, ev, yaxud telefon”. / Yenisabah.az