Məni alan cekpot udub, hərtərəfli qızam, baxanda bilinir - Qumral

23 İyun 2025
68596ad692008202506255518
1268

“Məni alan heç vaxt aldanmaz, sanki cekpot udub, çünki hərtərəfli qızam. Onsuz da baxanda bilinir. Gözəl ürəyim var, sadə qızam. Uşaqlarıma əsl anayam, çox qayğıkeş, ailəcanlıyam. Anama oğulam. Əsl evimin xanımıyam”.


Bu sözləri Musa Musayev və Təranə Qumralın müğənni qızları Qumral “Rəngarəng” verilişində deyib.
“Nə qədər daş atan oldusa da, nələr yaşasam da, ailəmi bərk saxladım. O daşlardan özümə nərdivan tikdim, istədiyim Qumral oldum. Sübut etdim ki, bəli, mən bacarıram. Çox böyük maddiyyat, dəstək olmadan bu gün özümü sübut etmiş qızam”, -  o bildirib. / Yenilik.az