Mən Vüqara meyxanaçı yox, "keyxanaçı" deyirəm - Elzadan Vüqara sərt tənqid

Əməkdar artist Elza Seyidcahan meyxanaçı Vüqar Əbdülovu polisə "verib".

 Bu haqda sənətçi qonaq olduğu "Xəbərin var?" verilişində məlumat verib.

Sənətçi bildirib ki, söz xiridarını polisə versə də, onu sonradan bağışlayıb:

"Mən Vüqara meyxanaçı yox, "keyxanaçı" deyirəm. O, mənim üçün "keyxanaçı"dır. O və onun ətrafında olanlar "Meyxəbər" adlı verilişləri baxılsın deyənə, məni və sənətimi məsxərəyə qoyurdular. Mən Vüqarı polisə şikayət elədim. Amm mən çox peşmanam, gərək təkcə Vüqarı yox, onunla veriliş aparan digər şəxsləri də verərdim polisə. Əgər onlar sənətə çılpaq kimi baxıb, görürlərsə o onların şəxsi işləridir. Mən yazmışam ki, "Qazanım daşdı, kəfini yedim".

Vüqar isə deyir ki, "Qazanı aşdım, kəfini yedim". Yekə kişisən, saçın-saqqalın ağarıb, səninlə çörək kəsmişəm, evimə gəlmisən, mən də sizin evinizə gəlmişəm, sən də mənə qarşı kiçik də olsa hörmətin olsaydı, haqqımda belə sözlər danışıb məni sosial şəbəkələrdə təhqir etməzdin.

Onlar mənim şeirlərimi öz verilişlərdə ələ salırdılar. Mən onu məhkəməyə verərdim. Amma polisdə Vüqar özünü elə aparırdı ki... Mənə sonra yaxınlarım söylədilər ki, nahaq sən Vüqarı bağışlamısan. Çünki o səhvini başa düşmədi. Mən öz kitabımı ona orada göstərdim. Bir sıra vətənpərvər şeirlərimi göstərdim. Qurban olasan Hacı Nazim Məmmədova ki, o səni müğənni etdi. Bütün bizim musiqimizi meyxalaşdırmısan. Müğənniləri də pula görə meyxanalaşdırmısız.

Heç bunlara görə mən sənə bir söz də deməmişəm. Amma sən mənim şeir yazmağıma şübhə edirsən. Sən məni təhqir elətdirməyə ixtiyarın yoxdur".

Qeyd edək ki, bir müddət əvvəl V. Əbdülov E.Seyidcahanın ünvanına "Elza şeir yazmasın. O, şeir yaza bilmir.

Bir də görürsən, girir şeirlərin içinə "ana qaz, ananas"... Etmə belə başına dönüm sənin, Elza" sözlərini deyib. Elza isə "Bir insanın ki, həyatı eyş-işrətdən, gecə klublarından ibarətdirsə, mənim şeirlərimi başqa istiqamətə yozacaq" - deyə, Vüqara cavabını vermişdi. / bizim.media