"Mən öləndə heç kim gəlməsin, xəlvəti dəfn edin" - Nadir vəsiyyət etdi - VİDEO

Müğənni Nadir Qafarzadə vəfatından sonra heç kimin onun yasına gəlməsini, çəkiliş aparılmasını istəmədiyini deyib.

O, bu barədə ARB-də yayımlanan "Elgizlə izlə" proqramında çalışıb. Son günlər sənət aləmindəki itkilərdən danışaq müğənni qeyd edib:"İstəmirəm mənim ölümümdən kiminsə xəbəri olsun. İstəmirəm mən, gəlməyin, mənə lazım deyil. Gəlib oturacaqlar arvadlar qeybət, gəlinindən, kürəkənindən danışacaq, kişilərdə harasa "leviy" getdiyindən ya da biznesindən danışacaq. Heç ölünü yada salan da olmayacaq. Bugünkü müasir yasların qaydasıdır. Ona görə mən öləndə heç kimin xəbəri olmasın, mənim vəsiyyətimdir, gəlib çəkmiyin, qardaş. Deyirəm, televiziyalar, mənim ailəmi dindirməyin, vermiyin. Elə bilin mən də adi insan idim, getdim. Öləndən sonra deyirlər yaxşı oğlan idi, mən indi də yaxşı oğlanam, indi ver mənə o dəyəri. İstəmirəm, halva yeməyə gəlirlər də". / Metbuat.az